Layihə "Rossiya seqodnya" BİA sosial naviqatoru və Sputnik beynəlxalq agentliyi tərəfindən "Rossotrudniçestvo"nun dəstəyi ilə həyata keçirilir.
Naviqatorun final versiyasına ümumilikdə Rusiya Federasiyasının daha çox əcnəbi vətəndaşa təhsil verən 207 ali məktəbi daxil olub (Təhsildə əməkdaşlıq üzrə agentliyin məlumatlarına görə).
"Rusiyanın ən yaxşı universitetləri: özününkünü seç" interaktiv naviqatoru əcnəbi abituriyentlər üçün nəzərdə tutulub. O yaxın və uzaq xaucdən olan əcnəbi vətəndaşlara ali peşəkar təhsil almaq üçün Rusiya təhsil müəssisələrinin imkanları və üstünlükləri barədə öyrənməyə kömək edəcək.
Belə ki, potensial abituriyentlər ali məktəbin fəaliyyəti, onun təhsil və elmi istiqaməti, beynəlxalq reytinqlərdə iştirakı, təhsil haqqı və müvafiq xərclər (yaşama, qida, sığorta, ədəbiyyat), yataqxanaların, rus dili kurslarının, uyğun tədris formasının olub-olmaması, təhsil alan əcnəbi vətəndaşların sayı, müsabiqə, sənərlərin verilmə müddəti, idman infrstrukturu (hovuz və idman kompleksinin olub-olmamsı) barədə məlumat əldə edə bilərlər.