QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Ermənistanın pozucu mövqeyi üzündən danışıqlar səmərə vermir"

© reportOqtay Əsədov
Oqtay Əsədov - Sputnik Azərbaycan
Abunə olmaq
Oqtay Əsədov: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsipləri əsasında, xüsusən ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır"

BAKI, 16 sen — Sputnik. "Dağlıq-Qarabağ münaqişəsinin həll edilməsi üçün bu günədək göstərilən beynəlxalq səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə verməyib".

Atəşkəs - Sputnik Azərbaycan
QARABAĞ
Ermənistan cəbhədə gərgin vəziyyət yaradıb

Trend-in məlumatına görə, bunu Strasburqda Avropa Şurası Parlament Assambleyasına (AŞPA) üzv ölkələrin parlament sədrlərinin görüşündə çıxışı zaman Milli Məclisinin sədri Oqtay Əsədov deyib. O, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi düşmənçilik siyasətinə dini don geyindirilməsi cəhdlərinin heç bir əsasa malik olmadığını diqqətə çatdırıb.

Spiker bildirib ki, 25 ilə yaxındır Azərbaycan ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayon işğal olunub və bu ərazilərdə etnik təmizləmə aparılıb: "Ermənistan ərazisindən və Azərbaycanın işğal olunmuş torpaqlarından 1 milyondan çox dinc sakin doğma yurdundan didərgin salınıb".

Milli Məclisin sədri münaqişənin nizama salınmamasının nəinki Cənubi Qafqaz regionunda, həm də dünyada sülh və sabitlik üçün təhlükə törətdiyini vurğulayıb. O. Əsədov aprel ayının əvvəllərində cəbhə xəttində baş vermiş hadisələrin bunu bir daha sübut etdiyini xatırladıb: "Ermənistan silahlı qüvvələri növbəti silahlı təxribata əl ataraq cəbhə xətti boyunca yerləşən yaşayış məntəqələrini güclü atəşə tutub, Azərbaycan Silahlı Qüvvələri dinc sakinlərin təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görməyə məcbur olub, genişmiqyaslı hərbi əməliyyatların çoxsaylı insan tələfatına və dağıntılara gətirib çıxarıb".

Parlamentin sədri deyib ki, bu gün etnik separatizmə və davakar millətçiliyə, özgə torpaqlarının qəsb edilməsinə göz yumulmasının dünya üçün nə dərəcədə təhlükəli olduğu hamılıqla qəbul edilməlidir: "Əminəm ki, bu məsələdə beynəlxalq birlik, nəhayət, öz qəti sözünü deməli və bütün münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsipləri əsasında, xüsusən ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır".

Xəbər lenti
0