BAKI, 10 sen – Sputnik. Rusiya və Amerika Birləşmiş Ştatları Suriyada atəşkəslə bağlı razılığa gəlib.
Sputnik xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri Rusiyanın xarici işlər nazri Sergey Lavrovla aparılan danışıqların yekununda açıqlama verib.
"ABŞ və Rusiya yeni planla Suriyada əzab-əziyyətə son qoyulacağına və siyasi prosesə keçidin təmin ediləcəyinə ümid bəsləyir", — deyə Kerri bildirib..
Onun sözlərinə görə, Rusiya və ABŞ Suriya münaqişəsinin bütün tərəflərini sentyabrın 12-dən etibarən hərbi əməliyyatların dayandırılması rejimini dəstəkləməyə çağırıb.