BAKI, 9 sen — Sputnik. ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cenevrədə danışıqlara başlayıb. Sputnik Rusiya NTV-sinə istinadən xəbər verir ki, görüş "Prezident Uilson" hotelində keçirilib.
Görüşdə əsas mövzu Suriya böhranıdır. Xəbərə görə, liderlər terrorçularla mübarizədə birgə koordinasiyanı müzakirə ediblər.
Bundan başqa tərəflər Ukraynadakı vəziyyəti və ikitərəfli gündəlik məsələlərdən də danışacaqlar.