QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Sergey Lavrov Minsk qrupunun həmsədrlərini qəbul edib

© Sputnik / Murad OrujovSergey Lavrov
Sergey Lavrov - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aktual məsələlər, həmçinin Ermənistan-Azərbaycan sərhədində və təmas xəttindəki hazırkı durum müzakirə edilib.

BAKI, 8 sen — Sputnik. Sentyabrın 8-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Endryunu (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.

Sputnik-in məlumatına görə, bu barədə məlumat Rusiya XİN-in rəsmi saytında yer alıb. Məlumatda bildirilir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aktual məsələlər, mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqa əldə olunmuş razılaşmaların reallaşdırılma vəziyyəti, həmçinin Ermənistan-Azərbaycan sərhədində və təmas xəttindəki hazırkı durum müzakirə edilib.

Xəbər lenti
0