BAKI, 6 sen — Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 15 dəfə pozub. Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, işğal altında olan Ağdam rayonunun Mərzili, Qaraqaşlı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Atəşkəs pozulması halları davam edir
10:29 06.09.2016 (Yenilənib: 20:39 16.11.2021)
© Sputnik / Ramil IbrahimovCəbhə bölgəsi
© Sputnik / Ramil Ibrahimov
Abunə olmaq
Ağdam, Füzuli, Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub