BAKI, 31 avq — Sputnik. Bu gün Rusiya və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub.
Sputnik-in Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, söhbət zamanı Sergey Lavrov Edvard Nalbandyanla iki ölkə arasındakı münasibətlərə dair məsələləri müzakirə edib.
Tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi sahəsində vəziyyəti də müzakirə ediblər.