BAKI, 30 avq-Sputnik. Azərbaycanda daimi yaşayan Rusiya vətəndaşları sentyabrın 18-də Dövlət Dumasına keçirilən seçkilərdə iştirak edə biləcəklər. Onların səs verməsi üçün Bakıda müvafiq şərait yaradılıb.
Bu barədə Sputnik-ə Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Səsvermə seçki günü Bakıda, Bakıxanov küçəsi, 17 ünvanında, 8017 №-li seçki məntəqəsində keçiriləcək.
Seçki məntəqəsi saat 8:00-dan 20:00-dək işləyəcək.