BAKI, 29 avq — Sputnik. Rusiyadan Türkiyəyə ilk çarter uçuşlar sentyabrın 2-də başlayacaq. Sputnik Trt-yə istinadən xəbər verir ki, Rusiya Tur Operatorları Birliyinin yaydığı məlumata əsasən, təxminən 15 rus şirkəti Türkiyəyə çarter uçuşlar həyata keçirməyə hazırlaşır.
Rusiya hökuməti avqustun 28-də qərar qəbul etmiş və təyyarə böhranından sonra qüvvəyə minən Türkiyə ilə çarter uçuşları sahəsindəki qadağan qərarına son qoymuşdu.