BAKI, 29 avq — Sputnik. Rusiya Prezidenti Vladimir Putin futbol üzrə Türkiyə və Rusiya yığmaları arasında keçiriləcək yoldaşlıq oyununa getməyəcək. Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Rusiya və Türkiyənin futbol üzrə yığma komandaları avqustun 31-də Türkiyənin Antalya şəhərində görüş keçiriləcək. Prezidentin oyunu əyani surətdə izləyib-izləməyəcəyinə münasibət bildirən Peskov, "Biz oyunu məsafədən seyr edəcəyik" deyib.
Daha əvvəl Türkiyə KİV-i xəbər vermişdi ki, Vladimir Putin Antalyada keçiriləcək Türkiyə və Rusiya millilərinin yoldaşlıq görüşünü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə izləyəcək.