Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türk ordusu Suriyada: ssenarilər dəyişir?

© REUTERS / StringerTürkiyə Silahlı Qüvvələrinə məxsus tanklar "Fırat Kalkanı" adı verilən əməliyyat çərçivəsində Suriya ərazisinə girib
Türkiyə Silahlı Qüvvələrinə məxsus tanklar Fırat Kalkanı adı verilən əməliyyat çərçivəsində Suriya ərazisinə girib - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər Ankaranın başladığı hərbi əməliyyatların ABŞ və Rusiya ilə razılaşdırılıb-razılaşdırılmaması məsələsində yekdil fikirdə deyillər

BAKI, 24 avq — Sputnik. Türkiyə Silahlı Qüvvələri dünən gecə yarıdan etibarən Suriyanın şimalındakı Cerablus qəsəbəsində hərbi əməliyyata başlayıb. Əməliyyat həm havadan, həm də qurudan olmaq üzrə beynəlxalq koalisiya ilə birgə aparılır. 

Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, əməliyyatda əsas məqsəd bölgənin İŞİD terrorçularından təmizlənməsidir. Bununla belə ekspertlər iddia edirlər ki, əməliyyatın arxasında başqa səbəblər də yatır. Necə ki, bu gün səhər prezident Rəcəb Tayyib Ərdoğan, mətbuata açıqlamasında ordunun tək İŞİD-i yox, PKK-nın Suriyadakı qolu olan PYD-ni də bombalayacağını deyib.

© REUTERS / Umit BektasTank birlikləri Suriya sərhədini keçərək İŞİD mövqelərini bombalamağa başlayıb
Tank birlikləri Suriya sərhədini keçərək İŞİD mövqelərini bombalamağa başlayıb - Sputnik Azərbaycan
Tank birlikləri Suriya sərhədini keçərək İŞİD mövqelərini bombalamağa başlayıb

"Bu səhər saat 4-dən etibarən şanlı ordumuz dövlətimizi hədəf alan İŞİD və PYD terrorçularına qarşı hərbi əməliyyata başlayıb. Kilis və başqa sərhəd bölgələrimizə edilən bütün hücumlar bizi bu işi sonlandırmağa məcbur etdi. Çünki bir millət, şübhəsiz ki, qüruru və imanı ilə vardır", — Ərdoğan bildirib.

Türk ordusunun Suriyada başlatdığı hərbi əməliyyatlara qarşı çıxan PYD və dəstəkçilərinə də səslənən prezident deyib: "Bəziləri bizə meydan oxuyur. "Suriya Türkiyə üçün belə olacaq, elə olacaq" deyə. Mən səslənirəm onlara: Siz özünüz nə olacağının hesabını yaxşı-yaxşı düşünün".

PKK-nın Suriyadakı qolu olan PYD terror təşkilatının lideri Saleh Müslüm isə, Türkiyənin Suriya bataqlığında çox şey itirəcəyini deyib və türk ordusunun əməliyyatlarını qəbuledilməz adlandırıb.

© REUTERS / StringerTürkiyə tankları Suriya ərazisində
Türkiyə tankları Suriya ərazisində - Sputnik Azərbaycan
Türkiyə tankları Suriya ərazisində

Mövzunu Sputnik üçün dəyərləndirən türkiyəli politoloq Yılmaz Altınsoy, əməliyyat üçün seçilən zamana diqqət çəkib: "Dünən gecə səhərə yaxın, türk ordusunun hərbi əməliyyata başlaması birbaşa ABŞ-a da mesaj idi. Əməliyyatın başlama zamanına diqqət edin. Obamanın köməkçisi Co Bayden Ankara aeroportuna enmədən, hələ havada ikən türk qırıcıları həm PYD-ni, həm də İŞİD-i vurmağa başladı. Çünki Türkiyə dəfələrlə PYD-nin Fərat çayının qərbinə keçməməsi üçün xəbərdar etmişdi. Lakin terrorçular ABŞ-ın dəstəyinə güvənərək İŞİD-lə mübarizə adı altında Fərat çayının qərbinə keçməyə cəhd göstərdilər".

© Photo : Yılmaz Altınsoyun şəxsi arxivindənPolitoloq Yılmaz Altınsoy
Politoloq Yılmaz Altınsoy  - Sputnik Azərbaycan
Politoloq Yılmaz Altınsoy

"Aydın məsələdir ki, Amerikanın Suriya planında, bu ölkənin şimalında kürd avtonomiyası yaratmaq dururdu. Bu plana isə ən sərt şəkildə qarşı çıxan Türkiyə dövləti və şəxsən Ərdoğan özü idi. ABŞ Ərdoğanı aradan götürmədən bu planı gerçəkləşdirə bilməyəcəyini yaxşı bilirdi. Çevriliş də bunun üçün təşkil edilmişdi. Amma uğursuz alındı", — Y. Altınsoy bildirib.

Politoloqun sözlərinə görə, hazırda Ərdoğan nəzarətinə keçirdiyi ordu ilə Vaşinqtona meydan oxuyur və bu meydan oxumada onun ən yaxın dəstəkçisi məhz Rusiya prezidenti Vladimir Putindir: "Prezident Ərdoğan hazırda əlinə düşən fürsəti maksimum dəyərləndirmək istəyir. ABŞ-ın 15 iyul gecəsi onu yıxma planlarına qarşı ən sərt formada cavabını verir. Vaşinqtonun dəstəklədiyi PYD-ni havadan və qurudan bombalayır. Rəsmi Ankara açıq şəkildə bəyan edir ki, əməliyyatdan öncə Moskvaya məlumat verilib. Bu isə o deməkdir ki, Rusiya ABŞ-ın dəstəklədiyi PYD-nin bombalanmasına razıdır".

Şərhçi hesab edir ki, İŞİD amili məsələnin digər tərəfidir: "Türkiyənin əsas məqsədi İŞİD-in nəzarətindəki Cerablusu PYD-yə buraxmadan, özünün ələ keçirməsidir. Planda daha sonra həmin bölgəyə Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun yeridilməsidir".

Politoloq Rauf Mirqədirov isə Türkiyənin başladığı hərbi əməliyyatın arxasında dövlətlərarası razılıq dayandığını düşünür: "Görünür ki, əməliyyatdan öncə dövlətlərarası müəyyən razılıq əldə olunub. Türkiyənin Suriya ilə 900 km-dan çox sərhədi var və türk tərəfi bu ərazilərin kürd qüvvələrin nəzarətinə keçməsini qəbul etmir. Ona görə də rəsmi Ankaranın PYD-ni neytrallaşdırmaq cəhdləri müşahidə olunur".

Politoloq, Birləşmiş Ştatların qeyd-şərtsiz Türkiyənin qarşısında durduğu fikri ilə razı olmadığını da deyib: "Məsələ bəzilərinin düşündüyü kimi deyil. Türkiyənin başlatdığı hərbi əməliyyata ABŞ-ın rəhbərlik etdiyi koalisiya havadan yardım göstərir".

© azadliq.orgRauf Mirqədirov
Rauf Mirqədirov - Sputnik Azərbaycan
Rauf Mirqədirov

R. Mirqədirov əməliyyatın Rusiya ilə də razılaşdırıldığını qeyd edib: "Müəyyən mənada bu addımlar Rusiya tərəfi ilə də razılaşdırılıb. Çünki Moskvadan hələlik heç bir mənfi, ya müsbət reaksiya gəlməyib. İndiyədək Rusiya hər dəfə bəyan edirdi ki, onun ordusu Suriyanın qanuni hökuməti çağırdığı üçün o ərazidədir. Qalan digər dövlətlərin ordusu isə qanunsuz olaraq orada olduqları üçün işğalçıdır. Hazırda isə Moskvadan bu cür bəyanatlar gəlməyib".

"Fərat çayının qərb sahili terrorçulardan təmizləndikdən sonra, həmin ərazidə Türkiyənin nəzarətində olan xüsusi təhlükəsiz zona — tampon bölgə yaradıla bilər", — siyasi şərhçi vurğulayıb.

Xatırladaq ki, bu gün sübh tezdən saat 04.00-da türk ordusunun başlatdığı hərəkatın məqsədi sərhədin terror təşkilatlarından təmizlənməsi və sərhəd təhlükəsizliyinin artırılması, eyni zamanda, Suriyanın ərazi bütövlüyünün dəstəklənməsidir. Hədəfdə yeni köç dalğasının qarşısının alınması və bölgənin sadə, silahsız vətəndaşlarına humanitar yardım çatdırılması da var.

Xəbər lenti
0