Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ilə Türkiyə tarixi anlaşmanın astanasında

© Photo : activistpost.comRusiya və Türkiyə bayrağı
Rusiya və Türkiyə bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Türkiyə Suriyanın şimalında tampon zona yaradılması qarşılığında Rusiyanın istəyini reallaşdıracaq və öz ərazisindən bu ölkəyə silahlı döyüşçülərin keçməsinə mane olacaq"

BAKI, 23 avq — Sputnik. "Suriya məsələsində qalib tərəf nə Bəşər Əsəd, nə müxaliflər, nə ABŞ, nə də Türkiyə oldu. Bu ixtilafdan qələbə ilə çıxan məhz Vladimir Putindir".

© Photo : STRTürkiyəli politoloq Ömər Dinçər
Türkiyəli politoloq Ömər Dinçər - Sputnik Azərbaycan
Türkiyəli politoloq Ömər Dinçər

Bu sözləri Sputnik-ə açıqlamasında türkiyəli jurnalist-yazar Ömər Dinçər deyib. O, öz fikrini bu cümlələrlə əsaslandırıb: "Gəlin hadisələrin başlanğıcına və ortalarına baxaq. Sözdə müttəfiq kimi görünən ABŞ və Türkiyə, ötən beş il ərzində Suriyada konkret əməkdaşlıq sərgiləyə bilmədi. Rəsmi Ankaranın haqlı olaraq, Suriyanın şimalında tampon bölgə (uçuşa qadağan zona) yaratmaq istəyini Vaşinqton hər dəfə bir bəhanə ilə geri çevirirdi".

"Əlbəttə, Türkiyə təkbaşına bu riskə gedə bilməzdi. Çünki o zaman Rusiya buna qarşı çıxırdı. Bu anlaşılmazlıqlar, üstəlik Amerikanın PYD ilə yaxınlıq etməsi Türkiyənin üzünü Rusiyaya çevirməsinə səbəb oldu. Və nəticə etibarilə bu gün tampon zona üzərində Türkiyə ABŞ-la yox, Rusiya ilə əməkdaşlıq etməyə hazırlaşır", — araşdırmaçı bildirib.

Dinçərə görə, Moskvada Ankaranın təklifinə yox deyilməyib: "Qısası, Suriya məsələsində Kreml onunla hesablaşmağın vacib olduğunu həm Ankaraya, həm də Vaşinqtona öyrətmiş oldu".

Onun sözlərinə görə, Türkiyə baş naziri Binəli Yıldırımın "altı ay ərzində Suriya məsələsində ciddi dəyişiklik olacaq" bəyanatı da məhz Rusiya ilə razılığa işarədir: "Suriya məsələsində Türkiyənin Rusiya ilə maraqları bir-birinə daha yaxındır, nəinki ABŞ-la. Vaşinqtonun niyyəti Suriyanı parçalayıb, ölkənin şimalında kürd dövləti yaratmaqdır. Türkiyə isə buna qətiyyən razı olmur. Hətta belə bir şeyi "qırmızı xətt" elan edib. Həm Moskva, həm də Ankara Suriyanın ərazi bütövlüyünün qorunmasını istəyir. Bu məsələdə Rusiya ilə Türkiyənin maraqlarının üst-üstə düşməsi Suriya probleminin tezliklə həll oluna biləcəyinə işarədir. Necə ki, Binəli Yıldırım bir neçə gün əvvəl, qarşıdakı altı aya işarə etmişdi".

© Photo : STRZərdüşt Əlizadə, politoloq
Zərdüşt Əlizadə, politoloq - Sputnik Azərbaycan
Zərdüşt Əlizadə, politoloq

Mövzuya münasibət bildirən politoloq Zərdüşt Əlizadə, Rusiya və Türkiyənin Suriya məsələsində qarşılıqlı şərtlər əsasında razılaşdığını iddia edib: "Türkiyə Suriyanın şimalında tampon zona yaradılması qarşılığında Rusiyanın istəyini reallaşdıracaq və öz ərazisindən bu ölkəyə silahlı döyüşçülərin keçməsinə mane olacaq. Böyük ehtimalla, belə bir razılıq əldə olunub. Bu, hər iki tərəfi də qane edən razılaşmadır. Əgər plan baş tutsa, Türkiyəyə sığınan üç milyona yaxın qaçqın öz ölkələrinə qayıdıb təhlükəsiz şəraitdə yaşaya biləcək".

ABŞ-ın bu ittifaqa hansı reaksiyanı göstərəcəyinə münasibət bildirən politoloq, Vaşinqtonun özünün də bəzi hallarda Rusiya ilə məhdud əməkdaşlıq qurduğunu yada salıb: "Düşünürəm ki, Ankara ilə Moskvanın Suriya məsələsində razılığa gəlməsi böyüdülməməlidir. Çünki Amerika özü də bir çox hallarda Rusiya ilə əməkdaşlıq edir. Təbii ki, bu, məhdud ölçüdə qalır. Eynilə də, Türkiyənin Rusiya ilə əməkdaşlığı məhdud çərçivədədir və belə də qalacaq".

Xəbər lenti
0