Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İstintaq orqanı ilə "oğru dünyası" arasındakı əlaqə ölkəni silkələyib

© Photo : milliyet.com.trHəbsxana
Həbsxana - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya İstintaq Komitəsi ətrafında yaranmış korrupsiya qalmaqalından sonra köklü islahatlara start verilib

İstintaq orqanı ilə "oğru dünyası" arasındakı əlaqə ölkəni silkələyib
BAKI, 22 avq — Sputnik. Rusiya İstintaq Komitəsinin səlahiyyətlərinin azaldılması və bəzi idarələrinin şöbə səviyyəsinə endirilməsi ilə nəticələnəcək geniş miqyaslı islahatlara start verilib. "Kommersant" yazır ki, İstintaq Komitəsində başlanmış islahatlar bu yaxınlarda idarə ətrafında yaramış korrupsiya qalmaqalından sonra başlanılıb. 

"Bu komitə geniş səlahiyyətlərə malik idi və onun köhnə rəhbərlərinin hamısı "Lefertova"nın istintaq təcridxanasında saxlanılır. Buna görə bu qurumun ümumiyyətlə tam ləğvi də nəzərdə tutula bilər", — deyə qəzet yazıb.

Komitə daxilində aparılan islahatların bu ayın sonlarında başa çatacağı gözlənilir. İstisna edilmir ki, idarənin bir çox strukturlarının səlahiyyətləri aşağı salına bilər. Misal üçün, Fəaliyyətin Təmin Edilməsi Baş İdarəsi sadəcə idarəyə çevriləcək və onun tərkibinə daxil olan qurumlar isə yalnız şöbə statusunda mövcud ola biləcəklər.

Dələduzluq fəaliyyətinə görə həbs edilən Aleksey Skaçovun başçılıq etdiyi Əsaslı Tikinti-təmir İdarəsinin də statusu aşağı salınaraq şöbəyə çevriləcək. İstintaq Komitəsinin prokurorluqla eyni funksiyanı yerinə yetirən bir çox qurumları, məsələn, Prosessual Nəzarət İdarəsinin ləğvi artıq qaçılmazdır. 

Təbii ki, funksiyaların və səlahiyyətlərin azaldılması komitə daxilində ixtisarları da qaçılmaz edir. "Kommersant"ın əldə etdiyi məlumata görə, demək olar ki, bütün idarə rəisləri vəzifələrini itirəcəklər.

Kriminal - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda böyük kriminal kataklizmlər təhlükəsi

Qeyd edək ki, iyulun 19-da Moskvanın Lefertovo məhkəməsi komitənin idərə rəisi Mixail Maksimenkonu, onun müavini Aleksandr Romanovu və paytaxt şöbəsinin rəisi Denis Nikandrovu həbs edib. RİA Novosti-nin hüquq-mühafizə orqanlarındakı mənbəsinin məlumatına görə, onlar 500 min avro rüşvət alaraq kriminal avtoritet Aleksandr Koçyukovu həbsdən azad etməkdə təqsirləndirirlər.

Xatırladaq ki, kriminal aləmdə "İtalyan" kimi tanınan Aleksandr Koçyukov küçədə atışma işinə görə saxlanılıb və onun "qanuni oğru" Şakro Molodoyun yaxın adamı olduğu bildirilir.

2016-cı ildə Rusiya İstintaq Komitəsi də daxil olmaqla rəhbər şəxslərin saxlanılması ilə nəticələnən bir sıra haylı-küylü insidentlər olub. Bu ilin uyunun sonunda Kirov vilayətinin qubernatoru Nikita Belıx restoranların birində 400 min avro rüşvət alarkən həbs olunmuşdu. Qubernator vəzifəsini də itirərək "Lefertovo" zindanına atılsa da, hələ də özünü günahkar bilmədiyini deyir.

Xüsusi tikinti federal agentliyinin direktoru Aleksandr Buryakov da iş adamları ilə əlbir olaraq 450 milyon həcmində vəsaiti mənimsəməkdə ittiham olunur. Rusiyanın İstintaq Komitəsi ətrafında başlamış cinayət işinə hələ bir çox strukturların da cəlb olunacağı istisna edilmir.

Xəbər lenti
0