Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya-Türkiyə yaxınlaşması Suriyaya nə vəd edir?

© AFP 2024 / ADEM ALTANVladmir Putin və Rəcəb Tayyip Ərdoğan. Arxiv şəkli
Vladmir Putin və Rəcəb Tayyip Ərdoğan. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlərin qənaətincə, Suriyanın gələcək taleyi ilə bağlı beynəlxalq aləm ortaq fikrə gəlməlidir

Rusiya-Türkiyə yaxınlaşması Suriyaya nə vəd edir?
BAKI, 22 avq — Sputnik. Rusiya "Tu-22M3" və "Su-34" bombardmançı təyyarələrinin İranın Həmədandakı bazasından Suriyadakı mövqeləri bombalamasını, gözlənildiyi kimi beynəlxalq ictimaiyyət o qədər də təqdir etməyib. Rusiya Müdafiə Nazirliyi qarşıya qoyulmuş məqsədə çatdıqlarını bildirərək terrorçuların üç idarəetmə məntəqəsinin məhv edildiyini bəyan etsə də, Vaşinqton fərqli qənaətdədir. Pentaqondan bildiriblər ki, Rusiyanın İrandakı hərbi hava bazasından həyata keçirdiyi uçuşlar ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İŞİD terrorçu qruplaşmasına qarşı yönəlmiş fəaliyyətlərinə təsir göstərməyib.

© Sputnik / Murad OrujovElxan Şahinoğlu, politoloq
Elxan Şahinoğlu, politoloq  - Sputnik Azərbaycan
Elxan Şahinoğlu, politoloq

İş orasındadır ki, Rusiyanın Suriya böhranının həllində yenidən fəallaşması artıq dəyişilmiş geopolitik situasiyada baş verir. Belə ki, Rusiya-Türkiyə yaxınlaşması öz təsirlərini yalnız ölkələr arasındakı iqtisadi münasibətlərin əvvəlki səviyyəyə çatdırılmasına hesablanmayıb, eyni zamanda siyasi hədəfləri də var. Ərdoğan-Putin görüşündə də bu vaxta kimi regionun iki güc mərkəzi arasında problemə çevirilmiş siyasi anlaşılmazlıqların da aradan qaldırılmasına ümid verən fikirlər səsləndi.

Dövlət başçılarının görüşünü şərh edən, Rusiya XİN nəzdində Diplomatik Akademiyanın professoru Lev Klepaskiy Sputnik-ə bildirib ki, yaxın vaxtlarda siyasi anlaşılmazlığın aradan qalxacağına ümid etmək mümkündür: "Ehtimal etmək olar ki, Suriya məsələsində də irəliləyiş olacaq. Burada söhbət Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasından və o ölkədə yaşayan kürdlərin muxtariyyət məsələsinə münasibətdən gedir".

"Burada da Türkiyə öz baxışlarını korrektə edəcək, buna şübhə yoxdur. Əgər belə bir yanaşma olmasaydı, onda Ərdoğanın Moskva səfəri əhəmiyyətsiz olardı", — deyə Lev Klepaskiy bildirib.

Amma bir çox ekspertlərin fikrincə, Suriyada əldə olunmuş atəşkəs razılaşmasının davamlı olacağı şübhə doğurur və Bəşər Əsəd hakimiyyətdə qalmağa israr etdikcə, münaqişənin həllinin uzanması ehtimalı böyüyür. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Əsədin hələ də hakimiyyətdə qalması beynəlxalq terrora qarşı mübarizəni zəiflədir.

"Rusiyanın Əsədin getməsi ilə bağlı hər hansı bir fikrə gəldiyini düşünmürəm", —deyə siyasi təhlilçi vurğulayıb.

Bölgədə maraqlarından geri çəkilməyən Rusiya üçün vacib amillərdən biri də Suriyanın ərazi bütövlüyünün qorunub saxlanması məsələsidir. E. Şahinoğlunun fiukrincə, bundan sonra Suriyanın ərazi bötüvlüyünü təmin etmək çox çətin olacaq.

"Düzdür, müəyyən uğurlar var. Amma, Suriyada tək terrorçular fəaliyyət göstərmir, axı? Əsədə tabe olmayan silahlı kürd və sünni qruplaşmaları var. Yəni artıq Suriyanın İraq kimi bir neçə yerə parçalanmasının şahidi oluruq", — politoloq vurğulayıb.

Ekspertlərin qənaətincə, Suriyanın gələcək taleyi ilə bağlı beynəlxalq aləm ortaq fikrə gəlməlidir. Türkiyə-Rusiya yaxınlaşmasının münaqişənin həllinə necə təsir göstərəcəyini isə yaxın vaxtlarda baş verəcək proseslər göstərəcək.

Xəbər lenti
0