Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Domenlər dövlət nəzarətinə götürüləcək

© © Public LicenseDomen adı
Domen adı - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada .ru və .rf domenləri üzərində xüsusi dövlət nəzarətinin təşkili bağlı qanun lahiyəsinin hazırlandığı deyilir

Domenlər dövlət nəzarətinə götürüləcək
BAKI, 19 avq — Sputnik. Rusiyada.ru və.rf milli internet şəbəkəsi domenlərinin sahibi olan Qeyri-kommersiya Koordinasiya Mərkəzi (KM) milliləşdirilməyə hazırlanır. Sputnik xəbər verir ki, bu barədə "Kommersant" qəzeti öz mənbəsinə istinadla məlumat yayıb.

Hazırda sözügedən domenlər üzrə fəaliyyət 43 akreditə olunmuş qeydiyyatçı tərəfindən həyata keçirilir. "Kommersant"ın məlumatına görə, mərkəzdə islahatların başlanılmasına bu il iyulun sonlarında Federal Tədqiqatlar Bürosu, maliyyə və vergi işçilərinin qatıldığı Rabitə Nazirliyində baş tutan iclasda qərar verilib. Mənbənin sözlərinə görə, KM təmamilə ləğv olunur və onun əvəzinə Rusiyanını internet məkanı ilə bağlı qanun layihəsi hazırlanacaq.

Mənbənin məlumatına görə, domenlərə nəzarət funksiyasını "Rostelekom"la yanaşı üç elmi tədqiqat institutu həyata keçirməyə iddialıdır.

"Prezidentin köməkçisi İqor Şeqlov "Rostelekom" üçün, rabitə nazirinin müavini Aleksey Sokolov isə "Vosxod" tədqiqat institutunun xeyrinə lobbiçilik edir. Yenidənqurulmanın müəlliflərinin sözlərinə görə, belə addım sırf kommersiya maraqları üçün atılıb", — deyə mənbə bildirib.

"Kommersant"ın başqa mənbəsinin verdiyi məlumata görə, söhbət domenlərin idarə edilməs ilə məşğul olan mərkəzin yenidən qurulmasından yox, rəhbərliyinin dəyişdirilməsindən gedir. KM-in direktoru Andrey Vorobyovu 2016-cı ilin dekabrında Stanislav Puqinskinin əvəzləyəcəyi gözlənilir. "Yeqorov, Afanasiyev, Puqinski və tərəfdaşları" vəkil bürosunun rəhbəri Stanislav Puqinski isə məsələyə münasibət bildirməyib.

Amma ekspertlərin sözlərinə görə, dəyişikliklər baş tutarsa, KM sadəcə formal quruma çevriləcək. Öz növbəsində Rabitə Nazirliyindən deyiblər ki, Qeyri-kommersiya Koordinasiya Mərkəzinin hüquqi statusunun dəyişdirilməsi müzakirə mövzusu deyil. Layihədə adı hallanan digər elmi tədqiqat institutları da münasibət bildirməkdən imtina ediblər.

Xatırladaq ki, bir müddət öncə "Vedemosti" qəzeti "İnternet sisteminin muxtariyyəti" haqqında qanun layihəsinin hazırlandığını və bu sənədə görə dövlətin internet resursları, xüsusən də.ru və.rf domenləri üzərində inzibati nəzarət həyata keçirəcəyini yazmışdı.

Xəbər lenti
0