Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Artıq Rusiya heç vaxt təktərəfli şəkildə Ermənistanı müdafiə etməyəcək"

© Photo : APASergey Şoyqu və Zakir Həsənov. Arxiv şəkli
Sergey Şoyqu və Zakir Həsənov. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Vladimir Putinin ardınca Sergey Şoyqunun Bakıya səfəri mütəxəssislərdə Dağlıq Qarabağ probleminin həllinə dair yeni ümidlər oyadıb

BAKI, 16 avq — Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakıya, ardınca da İrəvana səfər etməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi proseslərin başlandığı görüntüsü yaradıb. Mövzunu Sputnik-ə dəyərləndirən ekspertlər ciddi proseslərin getdiyindən əmindirlər.

© Sputnik / Murad OrujovPolitoloq Fikrət Sadıxov
Politoloq Fikrət Sadıxov - Sputnik Azərbaycan
Politoloq Fikrət Sadıxov

Politoloq Fikrət Sadıxovun fikrincə, Şoyqunun iki ölkəyə səfəri müsbət amildir: "Rusiya Azərbaycanın regiondakı rolunu yüksək qiymətləndirir. Və inkişaf edən bu əlaqələr özünü hərbi sahədə də göstərir. Ermənilər düşünməlidir ki, əgər Rusiya Azərbaycanla bu cür hərbi texniki əməkdaşlıq edirsə, o zaman onların vəziyyəti o qədər də ürəkaçan olmayacaq".

Siyasi şərhçi Vladimir Putinin Bakıya səfərinə də toxunub: "Bizim Rusiya ilə hazırda müxtəlif sahələrdə münasibətlərimiz inkişaf edir. Bakıda Putinin də iştirakı ilə üçtərəfli sammit keçirildi. İrimiqyaslı layihələrin niyyət protokolu üzərində razılaşma əldə olundu. Bu o deməkdir ki, Moskvada rəsmi Bakının Qafqazda oynadığı rol yaxşı dərk edilir".

Politoloqun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Sankt-Peterburqda Vladimir Putinlə görüşü zamanı DQ ilə bağlı verdiyi bəyanat ortada ciddi proseslər getdiyinin xəbərçisidir: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinlə görüş zamanı Qarabağla bağlı dediyi sözlər də aktualdır və onun verdiyi bəyanat bir daha sübut edir ki, danışıqlar prosesi ciddi mərhələyə qədəm qoyub".

"Mən demirəm ki, bu problem bu gün-sabah mütləq həllini tapacaq. Ancaq mərhələli şəkildə hər şey bizim xeyrimizə işləyir", — F. Sadıxov vurğulayıb.

Hərbi-ekspert Üzeyir Cəfərov isə hesab edir ki, Rusiya rəhbərliyi bundan sonra heç vaxt təktərəfli şəkildə Ermənistanı müdafiə etməyəcək: "Bizim mətbuatı mən heç cür anlaya bilmirəm. Yazılarda çox qəribə bir Rusiya xofu var. Sanki, biz öz torpaqlarımızı xilas etməyə cəhd eləsək, qarşımıza rus əsgərləri çıxacaq".

© ANNÜzeyir Cəfərov-hərbi ekspert
Üzeyir Cəfərov-hərbi ekspert - Sputnik Azərbaycan
Üzeyir Cəfərov-hərbi ekspert

"Sual verirəm, aprel döyüşlərində hansı rus hərbçisi qarşımıza çıxdı? Axı rus əsgərinin Qarabağda nə işi var? Bunu çox yerdə demişəm, indi də təkrar edirəm: Rusiya Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır, Ermənistanın yox", — ekspert vurğulayıb.

Onun sözlərinə görə, Rusiya KTMT üzvü kimi, ancaq Ermənistanın öz ərazisinə cavabdehdir, o ərazidə isə Qarabağ yoxdur: "Yəni biz, rusların da bizim ərazimiz kimi tanıdığı Qarabağımızı azad etməyə cəhd etsək, heç bir rus əsgəri Qarabağda qarşımıza çıxmayacaq".

Bununla belə, Ü. Cəfərov hazırki mərhələdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real nəticə gözləmədiyini bildirib.

Xəbər lenti
0