BAKI, 15 avq — Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 19 dəfə pozub. Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağdam rayonunun Baş Qərvənd, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Erməni əsgərlərdən növbəti təxribat
10:25 15.08.2016 (Yenilənib: 20:38 16.11.2021)
© Sputnik / Murad OrujovFüzuli rayonu
© Sputnik / Murad Orujov
Abunə olmaq
Ağdam, Füzuli, Goranboy, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub