BAKI, 14 avq — Sputnik. Saxalin adasında 5,9 maqnitudalı zəlzələ baş verib.
RİA Novosti-nin verdiyi məlumata görə, zəlzələ Bakı vaxtı ilə 14.15 radələrində Aleksandrovsk-Saxalin şəhərindən 62 km cənubda baş verib.
Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə hələ məlumat daxil olmayıb.