Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İsveç və Rusiya alimlərindən sensasiyalı kəşf

© Sputnik / Konstantin Chalabov / Mediabanka keçidQan donoru, Arxiv şəkli
Qan donoru, Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İnsan qanından elektrik enerjisi aldılar.

BAKI, 10 avq-Sputnik. Bir qrup mütəxəssis insan qanından elektrik enerjisi almağa nail olduğunu bəyan edib.

Sputnik healthvesti.com-a istinadla xəbər verir ki, laboratoriya müşahidələrinin təşəbbüskarları İsveçdəki Malmö Universitetinin və Rusiya Federasiyasındakı Kurçatov İnstitutunun klinik mərkəzlərinin əməkdaşları olub.

Ekspertlər qan axınından elektrik cərəyanı almağa imkan verən unikal yanacaq elementini sınaqdan keçiriblər. Qeyd etmək lazımdır ki, yanacaq komponentinin tərkibinə boruşəkilli iki qrafit elektrod daxildir. Bu elektrodların hər biri insan qanının axması nəticəsində baş verən kimyəvi reaksiyada iştirak edir.

Yeni təcrübə bir nəfər könüllünün köməyi ilə reallaşdırılıb. Respondentin dirsək venasına içərisində yanacaq elementi olan kateter daxil edilib. Sonra həkimlər bu unikal komponentə e-ink displey qoşublar.

Cərəyanın gərginliyi və gücü mütəxəssisləri hələ o qədər də qane etmir, lakin tədqiqatçılar bu göstəriciləri artırmaq məqsədilə yaxın gələcəkdə əlavə sınaqlar keçirilməsini planlaşdırırlar.

Xəbər lenti
0