Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bakıda təyyarə və helikopterlərin yığılmasına hamı yaxşı baxır

© REUTERS / Khalid al MousilyDmitri Roqozin
Dmitri Roqozin - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: Azərbaycanın hərbi texnikasına maraq böyükdür. Gələcəkdə isə bu maraq bir qədər də genişlənəcək.

Bakıda təyyarə və helikopterlərin yığılmasına hamı yaxşı baxır
Bakıda təyyarələrin yığılması üzrə zavod açılacaq. Bu barədə Rusiya baş nazirinin müavini Dmitri Roqozin bildirib.

"Azərbaycanda Rusiya istehsalı olan avadanlıqlara böyük maraq var. Burada Rusiyada istehsal olunan təyyarə və helikopterlərin sayı az deyil. Azərbaycan tərəfi həmçinin MS-21 təyyarəsi ilə maraqlanır. Gələn ilin fevralında azı 10 MS-21 təyyarəsinin alınmasına dair müqavilənin imzalanmasını gözləyirik. Bundan əlavə, Bakıda təyyarələrin yığılması üzrə zavod və helikopter texnikasının müasirləşdirilməsi mərkəzi açılacaq", – deyə D.Roqozin bildirib.

İqtisadçı-ekspert Natiq Cəfərli "Sputnik"ə açıqlamasında bildirib ki, layihə özü yaxşı olsa belə, bu sahədə müəyyən çatışmazlıqlar var:

"Əslində, bu çox yaxşı bir layihədir. Lakin Azərbaycanda təyyarə detallarının yerli istehsalı hələki mümkün deyil. Bundan əlavə, bu sahədə mütəxəssis çatışmazlığı var. Bu, çox spesifik sahədir. Çox güman ki, söhbət təyyarənin Rusiyadan gətirilmiş detallarının burada yığılması ilə bağlı hər-hansı istehsal sahəsinin açılmasından gedir. Bu özü də pozitivdir, ən azından onlarla işçi işlə təmin olunacaq, zavod əsnasında isə mütəxəssislərin yetişdirilməsi mümkün olacaq".

Ekspert hesab edir ki, əgər biz yerli istehsalı genişləndirmək istəyiriksə, çalışmalıyıq ki, həmin təyyarələrin detallarının ən azından bir hissəsi Azərbaycanın özündə istehsal olunsun. Natiq Cəfərli əlavə edib ki, bu sahədə yerli mütəxəssislərin yetişdirilməsi səkkiz ilə yaxın zaman tələb edə bilər ki, bu da zəruri addımların mümkün qədər tez atılmasını tələb edir.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun sözlərinə görə isə, zavodun yaradılması ilə biz həm daxili təlabat, həm də yerli malımızı xaricə təklif etmək üçün yaxşı imkanlar əldə edirik. "Azərbaycan son illər hərbi sənaye kompleksini güclü şəkildə inkişaf etdirib və dünyanın əksər ölkələri Azərbaycana böyük maraq göstərirlər. Azərbaycanda pilotsuz uçan zərbəçi aparatlar istehsal olunur. İndi də Azərbaycan Rusiya ilə təyyarə buraxılmasını razılaşdırır. Bu çox yaxşı haldır və heç kimi narahat etməməlidir", — deyə o bildirib.

Üzeyir Cəfərov bildirib ki, Müdafiə Sənayesi nazirliyi xətti ilə müəyyən işlər görülərkən bəzi qüvvələr buna lağ edirdilər. "Amma göründüyü kimi, Azərbaycan hər şeyə nail oldu və onun hərbi texnikası sərgilərdə nümayiş olunur. Azərbaycanın hərbi texnikasına maraq da böyükdür. Gələcəkdə isə bu maraq bir qədər də genişlənəcək", — ekspert bildirib.

Xəbər lenti
0