BAKI, 8 avq — Sputnik. Rusiya, Azərbaycan və İran Xəzərdə yeni layihələri müzakirə edə bilər.
Sputnik-in verdiyi məlumata görə, bunu Bakıda səfərdə olan Rusiya prezidenti Vladimir Putin bəyan edib.
O qeyd edib ki, bu layihələr energetika və nəqliyyat sahələrini əhatə edə bilər.
"Üçtərəfli formatda görüşün təşkilinə görə sizə minnətdaram, bu da sizin təşəbbüsünüzdür. Bizim doğrudan da bu formatda müzakirə edəcəyimiz məsələlər var” deyən Putin üçtərəfli formatda iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsini da istisna etməyib.
Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıq kağız üzərində yox, işdə strateji əməkdaşlıq forması alıb.