BAKI, 8 avq-Sputnik. "Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatılmasını istərdik".
Sputnik-in məlumatına görə, bunu İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur RİA Novosti agentliyinə müsahibəsində deyib.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani arasında üçtərəfli görüş keçiriləcək.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün avqustun 9-da Sankt-Peterburqa gedəcək.