Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada vertolyot qəzaya uğrayıb, iki nəfər ölüb

Abunə olmaq
Vertolyotun düşdüyü yerdə yanğın baş verib.

BAKI, 7 avq-Sputnik. Rusiyanın Krasnodar vilayətinin Beloreçensk rayonunda Mi-2 vertolyotu qəzaya uğrayıb. Qəza nəticəsində iki nəfər həlak olub.
Sputnik-in məlumatına görə, hadisə Rusiya vaxtı ilə saat 15:15-də Beloreçensk rayonunun Şkolnoye kəndi üzərində baş verib.

Həlak olanlardan biri pilotdur. İkinci şəxsin isə ekipaj üzvü, yoxsa sərnişin olması araşdırılır.

İlkin məlumatlara görə, Mi-2 kənd təsərrüfatına aid fəaliyyətlə məşğul olurmuş.

Vertolyotun düşdüyü yerdə yanğın baş verib.

Hazırda Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerində işləyirlər. Hadisənin səbəbləri araşdırılır.

Xəbər lenti
0