BAKI, 4 avq-Sputnik. Moskva ilə Ankara arasında təyyarə böhranından sonra ilk dəfə Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 9 avqustda Sankt-Peterburqda görüşəcəklər. Kremlin sözçüsü Dmitri Peskov görüşdə hansı məsələlərin müzakirə ediləcəyini açıqlayıb.
Sputnik xəbər verir ki, Peskov görüş zamanı münasibətlərin bərpası istiqamətində ciddi müzakirələrin aparılacağını deyib. O, bildirib ki, bundan başqa, iqtisadi məsələlər də diqqət mərkəzində olacaq.
Peskovun sözlərinə görə, görüş zamanı liderlər həm də Suriya da daxil olmaqla bölgədəki problemlərlə bağlı fikir mübadiləsi aparacaqlar.
Türkiyədəki diplomatik mənbə Sputnik-in əməkdaşına bildirib ki, prezidentlərin görüşündə regional münaqişələr müstəvisində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də müzakirə ediləcək.