Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İran və Rusiya hərbi-texniki əməkdaşlıq barədə danışıq aparacaq

© Photo : Photohost-agency / Mediabanka keçidVladimir Putin və Həsən Ruhani. 9 iyul 2015-ci il
Vladimir Putin və Həsən Ruhani. 9 iyul 2015-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
İran Rusiyanın müasir silahları ilə maraqlanır.

BAKI, 4 avq-Sputnik. Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani arasında Bakıda keçiriləcək görüşdə hərbi-texniki əməkdaşlıq məsələsinin müzakirəsi nəzərdə tutulur.

Sputnik-in məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov diplomatik mənbələrin verdiyi bu xəbəri təsdiq edib.

Peskov bildirib ki, iki ölkə liderinin görüş planına hərbi-texniki əməkdaşlığın müzakirəsi də daxildir.

Putinin Bakı səfəri zamanı Rusiya nümayəndə heyətinin tərkibində baş nazirin birinci müavini, Federasiyanın hərbi sənaye kompleksinə cavabdeh şəxsi Dmitri Roqozin də olacaq.

Kremlin mətbuat xidməti Putinin Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşündə iştirak etmək üçün avqustun 8-də Bakıya səfər edəcəyini bildirib.
Vladimir Putin, İlham Əliyev və Həsən Ruhaninin beynəlxalq və regional siyasətin aktual məsələləri, xüsusilə də, energetika və nəqliyyat sahəsində əməli əməkdaşlığın qurulması perspektivlərini müzakirə edəcəkləri gözlənilir.

Bildirilir ki, İran yeni Rusiya silahlarına maraq göstərir. Görüşdə birgə hərbi təlimlərin keçirilməsinin də müzakirə predmeti olacağı qeyd olunur.

Qeyd edək ki, İran rəsmiləri son günlər mütəmadi olaraq Birləşmiş Ştatları nüvə anlaşmasının şərtlərini yerinə yetirməməkdə günahlandırırlar. Politoloqlar İran-ABŞ anlaşmasının çox da uzun sürməyəcəyi qənaətindədirlər. İranın Rusiya ilə əlaqələrin genişləndirilməsinə cəhd etməsinə də məhz bu kontekstdən yanaşılır.

Xəbər lenti
0