Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rus əsgər Ermənistandakı hərbi bazadan qaçıb

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidRusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazası
Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazası - Sputnik Azərbaycan
Abunə olmaq
Xəbəri Şirak vilayətinin Voskeask kənd administrasiyasının rəhbəri Artaşes Saakyan da təsdiq edib.

BAKI, 3 avq — Sputnik. Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasından yenə əsgər qaçıb.

Sputnik Report-a istinadən xəbər verir ki, adı açıqlanmayan hərbçi Voskeask kəndinin sakinləri tərəfindən saxlanılaraq Rusiya sərhədçilərinə təhvil verilib.

Bu informasiyanı Şirak vilayətinin Voskeask kənd administrasiyasının rəhbəri Artaşes Saakyan da təsdiq edib.

"Üç nəfər onu saxlayıb və hərbi hissəyə qaytarıb", — deyə A.Saakyan bildirib. Amma o, əsgərin üzərində silah olub-olmadığına aydınlıq gətirməyib.

Xatırladaq ki, 2015-ci il yanvarın 12-də Gümrüdəki hərbi baza qaçan rusiyalı hərbçi Valeri Permyakov Avetisyan ailəsinin 6 üzvünü güllələmişdi.

Xəbər lenti
0