BAKI, 3 avq-Sputnik. Ermənistan prezidenti Serj Sarkisyan avqustun 10-da Moskvaya işgüzar səfərə gedəcək.
Sputnik Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, səfər Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq.
Kremlin mətbuat xidməti bildirib ki, görüşdə siyasi, ticarət-iqtisadi, həmçinin humanitar məsələlər, Avrasiya məkanında inteqrasiya prosesləri sahəsində əməkdaşlıq müzakirə olunacaq.
Bir sıra aktual beynəlxalq və regional problemlər ətrafında da fikir mübadiləsi aparılacaq.
Xatırladaq ki, avqustun 8-də V.Putin Bakıya səfərə gələcək.