BAKI, 28 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında avqustun 9-da Sankt-Peterburqda baş tutacaq görüşdə bir sıra iqtisadi və siyasi məsələlər müzakirə ediləcək. Bunu Trend-ə Türkiyə Prezidenti Administrasiyasından deyiblər.
Administrasiyadan qeyd ediblər ki, müzakirə edilməsi planlaşdırılan məsələlər sırasında Suriyada terror təşkilatları ilə mübarizə məsələsi də var: "Həmçinin, Rusiya və Türkiyənin birgə enerji layihələrinin müzakirə edilməsi gözlənilir. Tərəflər Ankara və Moskva arasında əlaqələrin gələcək inkişaf yollarını da müzakirə edəcəklər".