BAKI, 27 iyul — Sputnik. Rusiyanın İrkutsk vilayətində "Rosneft" şirkətinə məxsus Verxneçonsk yatağında güclü partlayış baş verib. Sputnik Ria-ya istinadən xəbər verir ki, qəza nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb.
İlkin məlumata görə, qəza yataqdakı qaz kompressor stansiyasında baş verib. Hadisə yerinə xilasedicilər və FHN əməkdaşları gediblər.
Yaralıların çıxarılması və xəstəxanaya çatdırılması üçün helikopterlər cəlb edilib. Partlayışın səbəbləri araşdırılır, bu məqsədlə xüsusi komissiya yaradılıb.