İyulun 29-u saat 12:00-da filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru, "Azleks" elektron lüğətlər toplusunun baş redaktoru Qulu Məhərrəmli "Azərbaycan dilindəki yeniliklər: problem, yoxsa inkişaf" mövzusunda mətbuat konfransı keçirəcək.
Tədbir 1 avqust Azərbaycan dili və Azərbaycan əlifbası gününə həsr olunur. Tədbirdə AMEA-nın Dilçilik İnstitutunun aparıcı mütəxəssislərinin iştirakı gözlənilir.
Əlaqələr:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, bu ünvanda keçiriləcək: Mətbuat prospekti 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə (Beynəlxalq Mətbuat Mərkəzinin yerləşdiyi bina).