Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

​Rus qırıcıları İŞİD-in mövqelərini bombardıman edib

Abunə olmaq

BAKI, 22 iyul — Sputnik. Rusiyanın "Tu-22M3" tipli altı bombardımançı təyyarəsi Suriyada İŞİD-in kəşfiyyat nəticəsində aşkar edilən Palmiranın şərqindəki və Homs əyalətinin Əs-Suhnə, Arak və Ət-Tayyibə şəhərlərindəki obyektlərinə zərbə endirib. "Report" xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, uzaqməsafəli bombardımançılar Bakı vaxtı ilə səhər saat 6 radələrində uçuş ediblər. Hədəf terrorçuların komanda məntəqələri, canlı qüvvəsi və texnikası olub. Yeni hədəflərin aşkar edilməsinə bu regionda, eləcə də, kosmosdan aparılan gücləndirilmiş kəşfiyyat işləri imkan verib.

Qeyd olunur ki, nəticədə İŞİD-in gizlində olan iki idarəetmə mərkəzi, canlı qüvvə və texnikası məhv edilib.

Xəbər lenti
0