BAKI, 20 iyul — Sputnik. Məşhur jurnalist Pavel Şeremet iyulun 20-də Kiyevin mərkəzində Boqadan Xmelenski və İvan Franko küçələrinin kəsişməsində minalanmış avtomobilin partladılması nəticəsində faciəli şəkildə həlak olub. Polis artıq "qəsədən adam öldürmə" maddəsi ilə cinayət işi açıb.
Nə baş verib?
Şeremetin öldürüldüyü maşın "Ukrainskaya pravda" ("Ukrayna həqiqətləri") internet-nəşrinin rəhbəri Alena Prituleyə məxsus olub (yerli KİV-lərin məlumatına görə, adıgedən xanım öldürülən jurnalistlə vətəndaş nikahında olub).
Hadisənin şahidi taksi sürücüsü deyir ki, partlayış çox güclü idi. Parlayışın gücündən maşının qapısı havada üçüb, təkərləri isə bir neçə metr aralı düşüb.
Buna baxmayaraq avtomobildə yanğın bir qədər gec başladığından şahidlər jurnalisti çıxara biliblər. Təcili tibbi yardım hadisə yerinə operativ gəlsə də, Şeremetin həyatını xilas etmək mümkün olmayıb.
Açıq-aşkar qətl
Daxili işlər nazirinin msələhətçisi Anton Qeraşenko dərhal bayanat verib ki, avtomobil məsafədən idarə olunan partlayıcı ilə partladılıb.
"Şübhə yoxdur ki, hadisənin baş verməsinə səbəb cinayətkarlar tərəfindən quraşdırılmış partlayıcı qurğu olub. Çox güman ki, partlayıcı ya radioidarəedici, ya da saat mexanizmi ilə işə salınıb", — Qeraşenko "112 Ukrayna" telekanalına müsahibəsində deyib.
Əldə olunmuş əlavə məlumatlara görə, partlayıcı maddənin gücü maksimum 600 qram tratil ekvalentində olub. Polis istisna etmir ki, cinayətkarlar təkcə Şeremeti yox, həm də maşının sahibi Alena Pritulu da aradan götürmək istəyiblər. Prezident Pyotr Poraşenko qadının qorunması üçün mühafizəçilərin ayrılması haqqında göstəriş verib.
Şərəf məsələsi
Ukrayna Milli Polisinin rəhbəri Xatiya Dekanonadze təsdiqləyib ki, partlayış vaxtı Pavel Şeremet maşında olub. Dekonadze qeyd edib ki, bu işin araşdırılması onun üçün "şərəf məsələsi" olacaq.
"Pavel Şeremet mənim yaxın tanışım idi. O, birinci adam idi ki, mən müsahibə vermişdim. O, yaxşı jurnalist idi, buna görə bu işi araşdırmaq mənim üçün şərəf məsələsidir", — deyə xanım Dekonadze bildirib.
Versiyalar
Şeremetin faciəli ölümü çoxlu sayda ukraynalı siyasətçinin diqqətini cəlb edib. Onların hamısı bir fikirdə həmrəydir ki, jurnalistin ölüm səbəbi onun peşə fəaliyyəti ilə bağlı olub.
"Əminəm ki, qətl hadisəsi birbaşa jurnalistin peşə fəaliyyəti ilə bağlıdır", — Ali Radanın müxalifət blokundan olan deputatı Yuriy Pavlenko belə deyib. Parlametarinin fikrincə, bu, ölkədə ifadə azadlığına qəsddir.
Onun bu fikirlərini Şeremetin həmkarları da bölüşüblər. Belə ki, "Ukrainskaya pravda" nəşrinin redaktoru Sevgil Musaeva-Borovik xatırladıb ki, jurnalist işə gələrkən qətlə yerilib. Onun sözlərinə görə, Şeremet son vaxtlar Ukraynada jurnalistikanın inkişaf məsələlərinə çox diqqət ayırırdı: "Gənc jurnalistlər üçün mühazirələr deyir, ustad dərsləri keçirdi".
ATƏT-in KİV azadlığı üzrə təmsilçisi Dünya Miyatoviç Ukrayna hakimiyyətindən jurnalistin qatilinin tapılmasını tələb edib. Bununla yanaşı, daxili işlər nazirinin məsləhətçisi Zoryan Şkiryak deib ki, istintaq üç versiya üzərində işləyir: peşəkar fəaliyyət, qeyri-rəsmi münasibətlər, eyni zamanda "Rusiya izi".
"Qardaşlıq qəbristanlığı"
Ukrayna jurnalistlərin "qardaşlıq qəbristanlığı"na çevrilib. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova hadisəyə belə münsibət bildirib.
"Kiyevdə içərisində Pavel Şeremetin yerləşdiyi avtomobil partladılır. O, peşəkar idi. Hakimiyyətdən qorxmayaraq fikirlərini deyirdi. Elə buna görə də ona hörmət edirdilər. Ukrayna artıq jurnalistlərin və jurnalsitikanın qardaşlıq qəbristanlığına çevrilib", — özünün "Facebook" səhifəsində Zaxarova yazıb.
Pavel Şeremet kim idi?
44 yaşlı Şeremet Kiyevdə son beş ildə yaşayıb. O, 2012-ci ildən "Ukrainskaya pravda" ilə əməkdaşlığa başlayıb, 2015-ci ilin sentyabrından isə "Radio Vesti"də müəllif proqramının aparıcısı olub.
Ukraynaya gələnə kimi Şeremet "Birinci kanal"da "Vremya" həftəlik analitik proqramının aparıcısı olub. 2008-ci ildə kanaldan getdikdən sonra "Oqanyok" jurnalının ictimai-siyasi şöbəsinin redaktoru işləyib.
Son vaxtlar Ukraynada jurnalistlərə qarşı bir çox rezonans doğuran cinayət hadisələri törədilib. Onların içərisində ən haylı-küylüsü Kiyevdə öz evinin qarşısında Olesya Buzinin güllələnərək öldürülməsidir. Şübhəli şəxsləri iki aydan sonra tutsalar da, 2015-ci ilin axırlarında həbsxanadan ev dustaqlığına buraxılıblar.
Yerli KİV-lərin məlumatına görə, 2014-cü ilin başlanğıcından Ukraynada 15 jurnalist qətlə yetirilib.