BAKI, 16 iyul-Sputnik. Əgər Türkiyə prezidenti Rusiyaya sığınacaq üçün müraciət etsə, bunu müzakirə edəcəyik.
Sputnik-in məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə deyib.
"Əgər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sığınacaq üçün Rusiyaya müraciət etsə, ona sığınacaq veriləcəkmi?" sualına cavabında Peskov deyib: "Hipotetik olaraq bunu demək olmaz. Əgər bu barədə bizə xahişlə müraciət edilsə, müzakirə edəcəyik."
Qeyd edək ki, iyulun 15-də, axşam saatlarında Türkiyə Silahlı Qüvvələrinin birlikləri mövcud hakimiyyəti devirməyə cəhd ediblər.