BAKI, 15 iyul — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında Moskvada keçirilən görüş başa çatıb. Sputnik xəbər verir ki, Fransada baş verən terror aktı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayan görüş, ümumilikdə 3 saat çəkib.
Kerri, bir gün öcə Rusiya prezidenti Vladimir Putinlə görüşdüyünü xatırladıb: "Putinlə çox ciddi görüş oldu. Biz bunu yüksək qiymətləndiririk".
Lavrovla Kerrinin görüşündə əsas müzakirə mövzuları Suriyadakı vəziyyət və beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə məsələləri olub. Bundan başqa, Yaxın Şərqdəki durum, Ukrayna böhranı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və iki ölkə arasındakı münasibətlər müzakirə edilib.