BAKI, 15 iyul — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Azərbaycanın Dağlıq Qarabağ bölgəsində olub. "Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
İnformasiyaya görə, A.Kasprşik Azərbaycanın işğal altında olan ərazisindəki erməni separatçılarının başçısı Bako Saakyanla görüşüb. Onlar təmas xəttindəki vəziyyəti müzakirə ediblər.