BAKI, 14 iyul — Sputnik. Tarixdə adına ilk dəfə 1745-ci ildə rast gəldiyimiz "Qara delfin" həbsxanası, aralarında adamyeyənlər, qatillər və terrorçuların da olduğu, dünyanın 700 məhkumuna ev sahibliyi edir. Sputnik milliyet-ə istinadla xəbər verir ki, adını binanın girişində məhkumlar tərəfindən inşa edilən qara delfin heykəlindən götürən, Rusiyaya məxsus bu həbsxana Qazaxıstanla sərhəddə yerləşir.
Buradakı məhkumların, təxminən 3500 adamın ölümünə səbəb olduqları bildirilir. Bu da məhbus başına ən az beş cinayət deməkdir.
Həbsxana içərisində təhlükəsizlik o qədər güclü qorunur ki, binada məhkum sayından daha çox gözətçi var. Bu gözətçilər isə illərdir hər 15 dəqiqədən bir kameralara nəzarət edirlər.
Məhkumlar gündə yalnız 1 dəfə kameralarını tərk edirlər və 90 dəqiqəlik gündəlik məşq hərəkətləri üçün bir az daha böyük kameraya aparılırlar. Bu dəyişmə əsnasında isə belləri bükük və əlləri yuxarıdan qandallanmış halda, ən az 3 gözətçinin nəzarətində getmək məcburiyyətində qalırlar.
Bağça gəzintisi də yenə, belləri bükülmüş və başları üzərində ən az 3 gözətçi ilə reallaşır. 24 saat davamlı nəzarət altında olan məhkumların günboyu oturmalarına, ya da yatmalarına icazə yoxdur. Sadəcə yatmaq zamanı buna icazə verilir.
Məhkumlar həbsxana bağçasından belə, istifadə edə bilmirlər. Bağça içərisində də kameralar var.
Burada yeməkxana yoxdur. Məhkumlara gündə 4 dəfə müxtəlif şorbalar verilir və bu zaman da kameralarından çölə çıxarılmırlar.
200 ilə yaxın müddətdə bu həbsxanadan kimsə qaça bilməyib. Hətta buna cəhdlər belə, olmayıb. Ömürlük həbs cəzası alan bu məhkumlardan, indiyədək azadlığa çıxan olmayıb.