QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Sarkisyan Rusiyaya qarşı çıxarsa, özü də, rejimi də çökər"

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sarkisyanın Sankt-Peterburqda görüşü
Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sarkisyanın Sankt-Peterburqda görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan prezidentinin "Heç kim Dağlıq Qarabağ əhalisini Azərbaycanın tərkibində yaşamağa məcbur edə bilməz" bəyanatı ciddi qəbul olunmur

BAKI, 14 iyul — Sputnik. "Bütün dünya bir olsa, Dağlıq Qarabağ əhalisini Azərbaycanın tərkibində yaşamağa məcbur edə bilməz".

Bunu Ermənistan prezidenti Serj Sarkisyan, mərkəzi Livanda yerləşən "Əl-Mayadin" telekanalına dünənki müsahibəsində deyib. "Yalnız Qarabağ əhalisi yaşadığı yerin yekun statusunu müəyyənləşdirə bilər", — Sarkisyan bildirib.

Onun sözlərinə görə, bura ayrıca dövlət olmaq, yaxud Ermənistan Respublikasına birləşmək də daxildir: "Mənim üçün əsas olan şey, Dağlıq Qarabağ xalqının təhlükəsizliyinin təmin olunmasıdır. İnsanların əsrlərdir yaşadıqları tarixi vətənlərində yaşamaq imkanı olmalıdır. Bu təhlükəsizlik ancaq Azərbaycandan kənarda təmin edilə bilər. Əgər indi, hətta bütün dünya Dağlıq Qarabağ əhalisini Azərbaycanda yaşamağa inandırmağa çalışsa da, inanın ki, bu, mümkün olmayacaq".

"Azərbaycanın tərkibində yaşamağa inandırmaq mümkün deyil. Azərbaycan rəhbərliyi bunu anlamalıdır və əsas məsələ odur ki, bu insanları heç cür Azərbaycanın tərkibində saxlamaq olmayacaq", — erməni prezident qeyd edib.

Ekspertlərə görə, Ermənistan prezidenti bu fikri söyləməklə Dağlıq Qarabağın Azərbaycanın tərkibində öz müqəddəratını həll etmək hüququnu inkar edir. Sarkisyanın təbirincə, qarşıda ancaq iki yol var: Ya müstəqillik, ya da Ermənistana inteqrasiya. Yəni Azərbaycanın xeyrinə olacaq heç bir variant yoxdur.

© Sputnik / Murad OrucovPolitoloq İlqar Vəlizadə
Politoloq İlqar Vəlizadə  - Sputnik Azərbaycan
Politoloq İlqar Vəlizadə

Maraqlıdır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iki gün əvvəl Bakıda verdiyi nikbin bəyanatla erməni rəhbərin dünən dedikləri üst-üstə düşmür, əksinə məsələni daha da qəlizləşdirir. Bəs onda, Serj Sarkisyan belə provokativ açıqlama ilə nəyi nəzərdə tutur və mesajı kimə ötürür? Bir çox ekspertlərə görə, Ermənistanın Rusiyanın sözündən çıxmaq, Moskvanın əksinə hərəkət etmək şansı yoxdur.

"Bu cür bəyanatlar daxili auditoriya üçün hesablanıb". Politoloq İlqar Vəlizadə Sputnik-ə açıqlamasında belə deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ətrafında danışıqlar hər zaman konkret fazaya yaxınlaşdıqda və ətraf rayonların boşaldılması mövzusu ortaya çıxanda erməni tərəfi dərhal diqqəti başqa yerə yönəldir.

"Sarkisyanın referenduma dair bəyanatı da bura aiddir. Çünki hamı bilir ki, münaqişənin tənzimlənməsi Azərbaycan ərazilərinin boşaldılmasından keçir. Sarkisyanın bu cür açıqlamaları həm də daxili auditoriyanı sakitləşdirmək üçündür", — politoloq vurğulayıb.

İ. Vəlizadə Dağlıq Qarabağda ola biləcək hər hansı referendum barəsində isə bunları deyib: "Nəzərə almaq lazımdır ki, referendumda Qarabağın azərbaycanlı icması da iştirak etməlidir. Digər şərtlərdən biri isə ondan ibarətdir ki, referendum DQ-nin müvəqqəti statusu müəyyən olduqdan sonra keçirilə bilər. Müvəqqəti status da Azərbaycan icmasının iştirakı ilə formalaşmalıdır".

"Yəni referendumun şərtləri də azərbaycanlıların iştirakı ilə müəyyən edilməlidir. Belə olan halda bu şərti referendumun nəticələri haqda bəri başdan fikir söyləmək diqqəti qəsdən yayındırmaq məqsədi daşıyır", — siyasi şərhçi əlavə edib.

© REPORTAsim Mollazadə
Asim Mollazadə - Sputnik Azərbaycan
Asim Mollazadə

Ermənistan prezidentinin təhrikedici bəyanatına millət vəkili Asim Mollazadə də münasibət bildirib. Millət vəkili hesab edir ki, Ermənistanda heç bir siyasi fiqur Rusiyanın iradəsinə qarşı çıxa bilməz.

"Sarkisyanın bəyanatı həm Ermənistanın daxilindəki gərginliyi, həm də diasporanın qəzəbini sakitləşdirmək üçündür. Əslində isə, erməni rəhbərliyi Rusiyanın hər hansı istəyinə yox desə, Sarkisyan və onun rejimi çökər", — deputat qeyd edib.

Onun fikrincə, Rusiya sülh istiqamətində real addımlar istəyirsə, Ermənistandakı hər hansı rejimdən öz istədiyini ala bilər: "Ona görə düşünmürəm ki, Sarkisyan və ya ona bənzər başqa erməni siyasətçisi Kremlin iradəsinə qarşı çıxsın".

Xəbər lenti
0