Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Tezliklə Xəzərin hüquqi statusu ilə bağlı konvensiya imzalana bilər

© Sputnik / Murad OrujovRusiya XİN rəhbəri Sergey Lavrov Elmar Məmmədyarovla keçirilən görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında. Bakı, 12 iyul 2016
Rusiya XİN rəhbəri Sergey Lavrov Elmar Məmmədyarovla keçirilən görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında. Bakı, 12 iyul 2016 - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın XİN rəhbəri Sergey Lavrov sabah xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünün keçiriləcəyini bildirib

BAKI, 12 iyul — Sputnik. Xəzərin hüquqi statusu ilə bağlı sabah Astanada xarici işlər nazirlərinin görüşü keçiriləcək. Sputnik xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla bu gün keçirilən görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında deyib.

Rusiya XİN başçısı ümidvar olduğunu qeyd edib ki, Xəzərin hüquqi statusu ilə bağlı konvensiya tezliklə imzalanacaq.

Xəbər lenti
0