BAKI, 12 iyul — Sputnik. "Azərbaycan Prezidenti İlham Əliyevin dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi danışıqlar zamanı həm ikitərəfli əməkdaşlığın səviyyəsi müzakirə edilib, həm də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yolları barədə fikir mübadiləsi aparılıb".
Sputnik xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Rusiyanın xarici işlər nazirinin verdiyi informasiya nikbinlik yaradır.
E. Məmmədyarov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində mərhələli irəliləmək lazımdır. Münaqişənin hərbi yolla həlli bütün region üçün böyük təhlükə törədir.