QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Qarabağ münaqişəsinin həllinin yeganə mümkün variantı mərhələli həll variantıdır"

© Photo : Официальный сайт Президента АзербайджанаИльхам Алиев, Президент Азербайджанской Республики
Ильхам Алиев, Президент Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev: "Münaqişə tezliklə həllini tapmalı, status-kvo dəyişilməlidir."

BAKI, 10 iyul-Sputnik. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

O öz çıxışında aprel ayında təmas xəttində Ermənistanın törətdiyi təxribatın qarşısının ordumuz tərəfindən alındığını, əks hücum əməliyyatı nəticəsində 2 min hektar ərazinin işğaldan azad edildiyini diqqətə çatdırıb.

"Münaqişə tezliklə həllini tapmalı, status-kvo dəyişilməlidir", — deyən Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb.

"Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həll variantıdır", — deyən dövlət başçısı buna nail olmaq üçün həmsədr ölkələrin və ATƏT-in Ermənistana ciddi təzyiq göstərmələrinin vacibliyini diqqətə çatdırıb.

Xəbər lenti
0