BAKI, 10 iyul-Sputnik. Sabah Avstriyanın paytaxtı Vyanada ATƏT-in Minsk Qrupunun üzvlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair müzakirə aparılacaq.
Sputnik-in məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" hesabında xəbər verib.
O yazıb:
"Sabah Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrləri Minsk Qrupunun üzvlərini Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticələri və gələcək addımlar barədə məlumatlandıracaq."