BAKI, 8 iyul — Sputnik. Bu gün səhər Moskva metrosunda texniki problem yaşanıb. Nəticədə qatarların "Kotelniki" stansiyasından "Kuzminki" stansiyasına hərəkəti dayandırılıb.
Sputnik İnterfax-a istinadən xəbər verir ki, hadisəyə səbəb "Vıxino" yerüstü stansiyasında baş verən yanğın olub. Təxminən 100 kvadrat metr ərazi yanıb. Xəsarət alan olmasa da, stansiyanın inzibati ofisində elektrik kabeli yanıb.
Sərnişinlərin mənzil başına çatması üçün pulsuz avtobuslar işə düşüb.