BAKI, 5 iyul — Sputnik. Türkiyə ilə əməkdaşlıq sahəsində mövcud olan qadağalar tezliklə aradan qaldırılacaq. Sputnik RT-yə istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Olqa Qolodets deyib.
"Yaxın zamanda qanunlara dəyişiklik ediləcək. Türkiyə ilə birlikdə çalışmağa davam edəcəyik", — Qolodets bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl prezident Vladimir Putin Türkiyəyə qarşı tətbiq edilən iqtisadi sanksiyaları ləğv edib.