QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şəhid verdik

© Sputnik / StringerMüdafiə Nazirliyi
Müdafiə Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Düşmən Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib. Erməni tərəfinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub.

BAKI, 5 iyul — Sputnik. Son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib. Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 5-də saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub.

Müdafiə Nazirliyi bildirir ki, düşmən təxribatlarının nəticələrinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!

Xəbər lenti
0