BAKI, 4 iyul — Sputnik. Rusiyanın Moskva vilayətində toy faciə ilə sona çatıb — gəlin su anbarında boğulub. Sputnik RİA-ya istinadən xəbər verir ki, bəy və gəlin, həmçinin ziyafət iştirakçıları su hövzəsinin bir tərəfindən o biri tərəfinə keçməyə qərar veriblər. Sahilə bir neçə metr qalmış gəlinin enerjisi tükənir və o, suyun dərinliyinə gedir. Ətrafdakılar isə bu hadisənin fərqinə varanadək iş-işdən keçmiş olur.
Faciə iyulun 2-də baş verib, meyit isə növbəti gün tapılıb. Məlum olub ki, hadisə baş verən su anbarının ərazisində çimmək qadağan imiş.