BAKI, 1 iyul — Sputnik. "Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaları daha 6 ay müddətinə — 2017-ci il yanvarın 31-dək uzadıb".
Sputnik Report-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası bəyanat yayıb.
Qeyd edək ki, bir müddət əvvəl Almaniya kansleri Angela Merkel Krım məsələsi və Ukraynanın şərqindəki vəziyyətə görə Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasının vacibliyini bildirib. İyunun 29-da isə Rusiya prezidenti Vladimir Putin əks-sanksiyanın müddətinin 2016-cı il avqustun 6-dan 2017-ci il dekabrın 31-dək uzadılması haqqında sərəncam imzalayıb.