BAKI, 1 iyul — Sputnik. Rusiyanın İrkutsk vilayətində Fövqəladə Hallar Nazirliyinə məxsus "İl-76" təyyarəsi anidən yoxa çıxıb. Təyyarə ilə əlaqə kəsilib.
Sputnik Rusiya NTV-sinə istinadən xəbər verir ki, meşə yanğının söndürülməsində iştirak edən təyyarənin yoxa çıxdığını nazirlikdən də təsdiq ediblər.
İlkin məlumatlara görə, təyyarə sıx duman olan ərazidə uçuş həyata keçirib. Pilotlar Bakı vaxtı ilə 07:30-da əlaqəyə girməli olsa da, bu, baş verməyib.
Yoxa çıxan təyyarənin göyərtəsində 10 nəfər olub. Onların hamısı ekipaj üzvləridir. Hazırda təyyarənin axtarışı həyata keçirilir.
Qeyd edək ki, 1974-cü ildən silahlanmaya qəbul edilmiş "İl-76" Rusiyada ən çox istifadə olunan ağır hərbi-nəqliyyat təyyarəsi hesab edilir.