BAKI, 30 iyun — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov gələn həftə Bakıya səfər edəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov açıqlama verib.
Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerlə görüşün nəticələrinə həsr olunmuş brifinqdə bu haqda danışan Məmmədyarov, Lavrovun səfərinin detalları barədə əlavə məlumat verməyib.
"Prezidentlər səviyyəsində Dağlıq Qarabağ üzrə növbəti görüşün keçirilib-keçirilməyəcəyi onun səfərindən asılı olacaq", — XİN rəhbəri vurğulayıb.