Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya-Türkiyə münasibətləri "Suriya düyünü"nə ilişəcəkmi?

© AFP 2024 / ADEM ALTANVladmir Putin və Rəcəb Tayyip Ərdoğan. Arxiv şəkli
Vladmir Putin və Rəcəb Tayyip Ərdoğan. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər bu iki ölkə arasında əlaqələrin yaxın zamanda böyük ölçüdə bərpa olunacağını düşünürlər. Suriya məsələsində isə ortaq məxrəcə gəlinməsi vacib hesab olunur.

BAKI, 30 iyun — Sputnik. "Bundan öncə qapalı diplomatik kanallarla Rusiya ilə Türkiyə arasında müzakirələr gedirdi və Ərdoğanın Putinə məktub yazması da bu danışıqların nəticəsi idi".

© Photo : RFE/RLSülhəddin Əkbər, Azad Demokratlar Partiyasının rəhbəri
Sülhəddin Əkbər, Azad Demokratlar Partiyasının rəhbəri  - Sputnik Azərbaycan
Sülhəddin Əkbər, Azad Demokratlar Partiyasının rəhbəri

Bunu Rusiya-Türkiyə münasibətlərini Sputnik-ə şərh edərkən politoloq Sülhəddin Əkbər deyib. O bildirib ki, məktubun göndərilməsini münasibətlərin normallaşması prosesinin başlanğıcı hesab etmək olar: "Məktubun göndərilməsindən öncə Rusiya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısına Türkiyəni dəvət etmişdi və bəyan olunmuşdu ki, hər iki dövlətin xarici işlər nazirlərinin görüşü də nəzərdə tutulub".

"Normallaşma prosesinin nə qədər davam edəcəyi isə tərəflərin səylərindən və istəyindən asılıdır. Görünən odur ki, hər iki tərəf normallaşma prosesinin sürətlə getməsində maraqlıdır. Yaxın həftələrdə bu prosesin hansı intensivlikdə gedəcəyi aydın olar", — siyasi şərhçi vurğulayıb.

O, qeyd edib ki, Rusiya ilə Türkiyə arasında yaranan əsas problemlərdən biri məhz Suriya məsələsidir: "İndiki məqamda Suriya məsələsi danışıqlar prosesində yenə də ortaya çıxacaq. Özü də Suriya məsələsi çoxtərəfli məsələdir. İndi Rusiyanın iqtisadi maraqları ön planda olduğuna görə, Rusiya müəyyən güzəştlərə getməyə hazır olmalıdır".

Politoloq Elxan Şahinoğlu da bu iki dövlət arasında danışıqların uzun müddətdir, getdiyini düşünür. "Əslində danışıqlar uzun müddətdir ki, gedirdi. Türkiyə tərəfdən 9 maddəlik "yol xəritəsi" də hazır idi. Binəli Yıldırım baş nazir seçiləndən sonra, əsas açıqlaması ondan ibarətdir ki, Türkiyə düşmənlərin sayını azaltmalı, dostların sayını artırmalıdır. Bu kontekstdən də İsrail və Rusiya ilə danışıqlar gedirdi və hər ikisi ilə münasibətlərin normallaşma mərhələsinə artıq qədəm qoyub", — o, Sputnik-ə açıqlamasında deyib.

Suriya məsələsinə toxunan politoloq bildirib ki, bu istiqamətdə fikir mübadiləsi aparıla bilər: "9 maddəlik "yol xəritəsi"ndə var ki, Türkiyə ilə Rusiya Suriya məsələsində ortaq məxrəcə gəlmək üçün daim təmasda olmalı, fikir mübadiləsi aparılmalıdır. Suriya məsələsində dərin fikir ixtilafını ortadan qaldırmaq çətin olacaq. Amma diplomatik çərçivədə təmaslara başlayıb müəyyən məsələlərdə ortaq məxrəc tapmaq mümkündür".

© Sputnik / Murad OrujovElxan Şahinoğlu, politoloq
Elxan Şahinoğlu, politoloq  - Sputnik Azərbaycan
Elxan Şahinoğlu, politoloq

Millət vəkili Fazil Mustafa da Sputnik-ə açıqlamasında deyib ki, tərəflər arasında yaxın 1 aya qədər münasibətlər bərpa olunacaq və Suriya məsələsi burada əngəl olmayacaq.

Qeyd edək ki, Türkiyə prezidenti rusiyalı həmkarına məktub ünvanlayaraq, münasibətlərin əvvəlki qaydaya düşməsində maraqlı olduğunu ifadə edib, həmçinin ölən pilotun ailəsindən üzr istəyib. Bu jest Rusiya tərəfdən müsbət qarşılanıb və dünən Putinlə Ərdoğan arasında telefon danışığı baş tutub. Hətta, onların sentyabrda görüşü də planlaşdırılır.

Xəbər lenti
0