QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Keçmiş səfir Azərbaycanın "qara siyahı"sına düşəcək

© Photo : APAHikmət Hacıyev
Hikmət Hacıyev - Sputnik Azərbaycan
Abunə olmaq
Hikmət Hacıyev: "Con Evansın kriminal mənşəli irqçi və radikal erməni lobbi təşkilatı olan Amerika erməni milli komitəsi ilə uzunmüddətli sıx əlaqələri heç kimə sirr deyildir"

BAKI, 29 iyun — Sputnik. "ABŞ-ın Ermənistanda keçmiş səfiri olmuş Con Evans, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri növbəti təxribat əməlidir. O, ABŞ erməni lobbisinin diktəsi altında və müəyyən maliyyə maraqları müqabilində bu qərəzli addımı ilə xüsusilə indiki həssas durumda qəsdən vəziyyətin gərginləşdirilməsinə cəhd göstərir".

Sputnik xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib: "Con Evansın kriminal mənşəli irqçi və radikal erməni lobbi təşkilatı olan Amerika erməni milli komitəsi ilə uzunmüddətli sıx əlaqələri heç kimə sirr deyildir".

XİN sözçüsü bəyan edir ki, ABŞ-ın Ermənistanda səfiri olarkən vəzifəsindən sui-istifadə edən bu şəxs qatı ermənipərəst və irqçi mövqeyi ilə seçilib və təmsil etdiyi ölkənin deyil, daha çox erməni lobbisinin maraqlarından çıxış edib: "Qeyri-peşəkarlığa və yol verdiyi xidməti qüsurlara görə vaxtından əvvəl səfir vəzifəsindən geri çağrılıb".

Sonda H. Hacıyev C. Evansın Azərbaycanın tərtib etdiyi arzuolunmaz şəxslər siyahısına daxil ediləcəyini vurğulayıb.

Xəbər lenti
0